“Roma” klubunun baş məşqçisi Rudi Qarsiya dünənki “Bavariya” məğlubiyyətini şərh edib.
Korner.az-ın məlumatına görə, məşqçi bütün günahları özündə bilir:
“Birinci hissədəki biabırçı hesab tamamən mənim səhvim idi. Biz oyuna düzgün taktiki planla çıxmadıq. Daha qapalı oynamalı idik. Rəqibin əks hücumlarına imkan verməməli idik. Futbolçularda günah görmürəm. Məsuliyyəti tam olaraq üzərimə götürürəm” (BBC)
