“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi Çernoqoriyanın “Rudar” komandasının baş məşqçisi Mirko Mariç püşkü dəyərləndirib.
Korner.az-ın məlumatına görə, ölkəsinin mətbuatına danışan mütəxəssis bunları deyib:
“Azərbaycanla məsafənin uzaqlığını nəzərə alsaq, “Qarabağ”la qarşılaşdığımız üçün sevindiyimizi söyləyə bilmərəm. Bununla belə, rəqibimiz səviyyəli komandadır”.
