Bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Rudar” – “Qarabağ” matçı yayımlanmayacaq.
Korner.az-ın məlumatına görə, “İdman Azərbaycan” telekanalı ilə Monteneqro klubu razılığa gəlməyib.
Matçı təmsilçimizin internet saytı vasitəsilə də yayımlamaq mümkün olmayacaq. “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov saytımıza açıqlamasında buna səbəb kimi matçın keçiriləcəyi şəhərdə və ümumilikdə ölkədə internetə çıxış imkanlarının aşağı olmasını göstərib.
