UEFA Çempionlar Liqasının II təsnifta mərhələsinin cavab görüşü – “Rudar” – “Qarabağ” matçı üçün hakim təyinatları açıqlanıb.
Korner.az-ın məlumatına görə, Petrovaç şəhərindəki “Pod Malim Brdom” stadionunda keçiriləcək qarşılaşma Bolqarıstandan olan hakimlər briqadasına həvalə olunub.
Martçın baş hakimi Georgi Kabakov olacaq. Ona yan xətt hakimləri – Martin Marqaritov və Martin Venev kömək edəcəklər.Qarşılaşmanın dördüncü hakimi isə Nikolay Yordanov olacaq.
22 iyul
23:45. “Rudar” (Pljevlya, Monteneqro) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Georgi Kabakov
Yan xətt hakimləri: Martin Marqaritov, Martin Venev
Dördüncü hakim: Nikolay Yordanov (hamısı Bolqarıstan)
UEFA hakim-inspektoru: Françesko Byanki (İsveçrə)
UEFA nümayəndəsi: Tuqomir Frayman (Sloveniya)
