Avroliqanın qrup mərhələsində "Neftçi"yə rəqib olacaq "Rubin" klubunun yay ayları üçün ən yaxşı oyunçusunun adı müəyyənləşib.
Korner.az xəbər verir ki, klubun saytında aparılan sorğunun nəticələrinə əsasən, komandanın ən yaxşısı yarımmüdafiəçi Roman Yeremenko seçilib.
Ona sorğuda iştirak edənlərin 52 faizi səs verib. Yarımmüdafiəçi Bibras Natxo ikinci yeri tutub. O, 32 faiz azarkeşin səsini yığıb.
