Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiyada keçiriləcək "Rubin" – "Neftçi" oyununun biletləri satışa çıxarılıb.
Korner.az-ın məlumatına görə, "ağ-qaralar"ın Kazan təmsilçisi ilə oynayacağı matçı izləmək istəyən azarkeşlər ən azı 5 manatından keçməlidirlər. Belə ki, “Rubin” – “Neftçi” matçına biletlərin qiyməti 5-25 manat (200-1000 rubl) aralığında dəyişir.
Qeyd edək ki, “Rubin”lə “Neftçi” arasındakı qarşılaşma oktyabrın 25-də Kazanda keçiriləcək.
