"İnter" Beynəlxalq Bankın 20 illiyinə həsr olunmuş beynəlxalq turnir keçirəcək.
Korner.az-ın məlumatına görə, turnir iyunun 25-də başlayacaq və iyunun 30-da başa çatacaq. Kubokda təvəllüdü 1999-cu il olan futbolçulardan təşkil olunmuş U-13 komandalar mübarizə aparacaq.
Yarışa 8 komanda qatılacaq. Bunlar ev sahibi "İnter", Türkiyənin "Samsunspor", Rusiyanın "Rubin"(Kazan), Gürcüstanın "Dinamo"(Tbilisi), Ukraynanın "Karpatı", İsveçin "Brommapojkarna", Estoniyanın "Kotkas" və Bolqarıstanın "Slaviya"(Sofiya) klublarıdır.
Qeyd edək ki, turnirin bütün oyunları "Dalğa-Arena" stadionunda baş tutacaq.
