"Bura yeni gəlmişəm. Bir həftədir komandaya qoşulmuşam. Məşqlər yaxşı səviyyədə keçir. "İnter"in bir hissəsi olmağa artıq hazıram".
Korner.az-ın məlumatına görə, bu sözləri "İnter"in yeni transferi Ruben Şaken deyib.
O, "İnter"ə keçməzdən əvvəl başqa klublardan da təklif aldığını bildirib:
"Düzü, "Feyenoord"un vitse-prezidenti mənə "İnter" haqda məlumat vermişdi. Düşündüm ki, Azərbaycanda oynamaq mənə daha rahat olar. Çünki Bakıda yaxşı yaşamaq üçün hər cür şərait yaradılıb. Digər təkliflər isə uzaq ölkələrdən olduğu üçün qəbul etmədim".
Holland futbolçu Bakı haqda ilk məlumatı "Google" vasitəsi ilə öyrəndiyini də dilə gətirib.
