Ruben Neveş “Əl-Hilal”da qalır
30.01.2026 , 11:33
“Real” və “Mançester Yunayted”in maraq göstərdiyi Ruben Neveş gələcəyini müəyyən edib.
Korner.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi “Əl-Hilal”da qalacaq və klubla 3 illik yeni müqavilə imzalayacaq.
Neveş 2023-cü ilin yayında “Vulverhempton”dan 55 milyon avroya “Əl-Hilal”a transfer olunub.
Bu mövsüm 28 yaşlı futbolçu 22 oyunda 8 qol vurub və 6 məhsuldar ötürmə edib.