Azərbaycan milli komandasının sabiq üzvü Rauf Əliyev sabah Albaniyada ilk kubokunu qazana bilər. Sabah Albaniya Superkuboku keçiriləcək.
Superkubok oyununda son çempion “Kukesi” və Kubokun qalibi “Tirana” üz-üzə gələcək. Baş məşqçi şans verəcəyi təqdirdə Rauf Əliyev Superkubok görüşündə iştirak edəcək. Belə ki, Raufun sənədləri tam qaydasındadı və oynamasında hüquqi baxımdan heç bir problem yoxdur.
Məlumat üçün bildirək ki, oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
