Marko Roys “Borussiya”dan ayrılmağa yaxındı.
Korner.az-ın məlumatına görə, o, klubun yeni müqavilə təklifini geri çevirib.
Marko Dortmund klubunun rəhbərliyindən həftəlik 180 min avro məvacib tələb edib. Ancaq “sarı-qaralar” bununla razılaşmayıb.
“Bavariya” 25 yaşlı oyunçuyla yaxından maraqlanır. Buna baxmayaraq, Roysun İngiltərədə oynamaq istədiyi bildirilir.
