Madrid "Atletiko"su Marko Roysa göz dikib.
Korner.az-ın məlumatına görə, ispanlar 25 yaşlı futbolçu üçün 27 milyon avro ödəməyə hazırdırlar. Bunlardan 17 milyonu dərhal, daha 10 milyonu isə yanvarda ödənməlidir. Artıq təklif "Borussiya" tərəfindən dəyərləndirlir.
Xatırladaq ki, almaniyalı futbolçu ilə ispan nəhəgi "Barselona" da maraqlanır.
