“Avro-2016”nın 1/8 final mərhələsində gözlənilmədən İslandiyaya məğlub olan İngiltərənin baş məşqçisi Roy Hocson vəzifəsindən istefa verib.
Korner.az-ın məlumatına görə, 68 yaşlı mütəxəssis komandasının uğursuzluğunda özünü günahkar hesab edib.
“Çox məyusam. Çempionatı belə erkən tərk etmək yolverilməzdir. Bunların günahı məndədir. Buna görə də getmək qərarına gəldim” – deyə o bildirib.
