Warning: file_get_contents(http://api.football-data.org/v2/matches?dateFrom=2019-10-21&&dateTo=2019-10-22): failed to open stream: HTTP request failed! HTTP/1.1 429 in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 382

Warning: Invalid argument supplied for foreach() in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 384
Futzal

Rövşən Hüseynli: “Hər bir rəqibi büdrədəcək gücdəyik”

20.09.2019 , 19:09

Futzal üzrə Azərbaycan milli komandası sentybarın 21-dən 26-dək Rusiyanın Həştərxan şəhərində təşkil olunacaq “Caspian Cup” beynəlxalq turnirində iştirak edəcək. Komanda sentyabrın 18-dən 20-cən Bakıda hazırlıq keçib.

Azərbaycan millisinin və “Araz” klubunun qapıçısı Rövşən Hüseynli korner.az-a yığmanın hazırlığından danışıb:

“Millimiz artıq 3 gündü hazırlıqlara başlayıb. Komandaya legioner həyatı yaşayan və xarici klublarda oynayan milliləşmiş braziliyalılar dəvət olunub. Bu da bizim üçün əlavə üstünlükdü. Komanda şəklində uzun müddət bir yerdə olmamağımız bəlkə hardasa problem yarada bilər bizə, amma burda da məşqçinin işi göz önündə olacaq”.

Qolkiper millinin turnirdəki rəqibləri barədə fikirlərini bildirib:

“Yığmaların hər biri bizə tanışdı. Bu komandalar ilə İranda 2 il əvvəl eyni turnirdə iştirak etmişdik. Rusiya millisi artıq illərdi Avropa və dünya çempionatında final oynayır. Sonuncu Avropa çempionatından başqa komandanın artıq formalaşmış oyunu var. Əlavə çətinliyi isə meydan sahibləri olmasıdır.

İran yığması legionersiz tək-tük komandalardan biridir və gücləri hər kəsə məlumdur. Xüsusi oyun üslubları var.

Qazaxıstan millisi haqda nəsə deməyə ehtiyac yoxdur. Son zamanlar ən çox inkişaf edən ve futzala diqqət yetirən ölkələrdəndi. Onlarda dəyişiklik baş məşqçi Kakanın gəlişidi. Kaka da Azərbaycana tanış məşqçidi və hardasa hansı oyun üslubu olacağını təxmin etmək olar.

Hər bir rəqib çətindi və hər bir rəqibi büdrədəcək gücdəyik. Burda əsas məqsəd dünya çempionatının seçmə mərhələsinə hazırlaşmaqdı. Bakıda bizi böyük və çətin oyunlar gözləyir”.

Son yazılar

Yuxarı