Rövşən Babayev: “Özü istəmişdi”
06.10.2019 , 23:45

Azərbaycan Premyer Liqasında VII turun “Qarabağ” – “Sabah” (2:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın məşqçisi Rövşən Babayev jurnalistlərin suallarını cavablandırıb.
– Ruslan Abışovla Cavib İmamverdiyev niyə oynamırdı?
– Zədələri var idi. Cavid 10-15 gün oynamayacaq, Ruslan yaxın zamanda məşqlərə başlayacaq.
– Coşqun Diniyev sanki əvəzlənməsindən narazı idi…
– Özü istəmişdi.
– Məğlubiyyətin səbəbi nə idi?
– Uşaqlara minnətdarıq ki, əzmkar oyun göstərdilər. Həftəboyu yaxşı işləmişdilər. Nə bacardılarsa, onu etdilər.
– “Qarabağ” dövrə ərzindəcəmi 1 qol buraxıb. Onlara qol vurmaq belə çətindi?
– Şanssızlıqdı səbəb. Bizim imkanlarımız oldu, yararlana bilmədik.
– Komanda sonuncudu. Buna görə də futbolçulara təşəkkür edirsiz?
– Yox. Bugünkü oyuna görə təşəkür etdim.
