“Turan” Premyer Liqanın növbəti mövsümündə də iştirak edəcək. Ancaq bir şərtlə.
Korner.az-ın məlumatına görə, AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib ki, Tovuz təmsilçisi çempionatda legionersiz oynayacaq: “Turan" Premyer Liqada çıxışını davam etdirəcək. Şəxsən özüm xahiş etmişəm ki, legionersiz oynasınlar, yerli məşqçilər çalışsınlar. Yerli futbolçuların yaşı 18-20 arası olacaq".
