AFFA prezidenti Rövnəq Abdullayev millimizin Şimali İrlandiya ilə oyunundan sonra fikrilərini bildirib.
Korner.az apasport.az-a istinadən xəbər verir ki, assosiasiya başçısı futbolçuların çıxışından razı qaldığını söyləyib:
“Əlbəttə, qələbəni əldən verdik. Əlavə vaxtda yaxşı oynaya bilməsək də, nəticədən razıyam. Gənc futbolçulardan da razı qaldım. Nəticəni normal sayıram”.
Xatırladaq ki, Şimali İrlandiya – Azərbaycan matçı 1:1 hesabı ilə nəticələnib.
