Rövnəq Abdullayev yenidən AFFA prezidenti seçildi
28.01.2020 , 11:19

AFFA-nın Hesabat-Seçki Konfransında federasiyanın yeni rəhbəri müəyyənləşib.
Korner.az xəbər verir ki, prezidentliyə yeganə namizəd Rövnəq Abdullayev olub.
Açıq səslə keçirilən seçkidə Abdullayev 4-cü dəfə AFFA-nın prezidenti seçilib.
Qeyd edək ki, Rövnəq Abdullayev AFFA-ya 2008-ci ildən rəhbərlik edir.
