“Öz komandalarımız üçün stadionun hazırlanması və oyuna hazırlıq məsələləri gündəmə gəldiyi üçün məcburən mənfi cavab verdik. Həmin tarixdə matçın gerçəkləşməsi imkansız olduğundan, belə alındı”.
Korner.az-ın “ajansspor.com”-a istinadən verdiyi məlumata görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
Qurum başçısı Türkiyə Superkubokunun Bakıda keçirilməsi təklifini rədd etmələrini əsaslandırarkən, daha sonra bunları deyib:
“Qalatasaray” və “Fənərbaxça”nın əzəli rəqabətindən və bunun tərəfdarlara necə təsir etdiyindən xəbərdarıq. Ancaq verdiyimiz qərarda bu məsələnin heç bir təsiri olmadı. Təhlükəsizlik məsələləri Azərbaycan üçün problem deyil. Yeganə səbəb öz komandalarımızın keçirəcəyi oyunla Türkiyə Superkuboku matçının eyni tarixlərə düşməyidir”.