Sabah Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "İnter" oyunundan öncə bu arenanın rəsmi açılış mərasimi olacaq.
Bu barədə Korner.az-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.
"Ağ-qaralar"ın rəsmisi bildirib ki, sabahkı oyundan öncə arenanın açılışında AFFA-nın prezidenti Rövnəq Abdullayev və “Bakcell” şirkətinin prezidenti Riçard Şirer də iştirak edəcək. Əldə etdiyimiz digər məlumata görə, hər iki prezident paytaxt derbisini izləyəcək.