“Mənə iştirakçıları, azarkeşləri və gözəl şəhərimiz Bakının qonaqların salamlamaq xoşdu. Hazırda Bakımız haqlı olaraq, iri beynəlxalq idman mərkəzi kimi tanınır”.
Korner.az-ın məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev futzal üzrə UEFA Kubokunun “Dördlər finalı” ilə bağlı danışarkən deyib.
AFFA başçısı UEFA-ya təşəkkür edib: “Final mərhələsini Bakıya etibar etdiyi üçün UEFA-ya təşəkkür etmək istəyirəm. Bu, ölkəmiz üçün daha bir idman məqamıdı. Əminəm ki, final mərhələsi özündən sonra qiymətli idman irsi qoyacaq və Azərbaycan futzalının gələcək inkişafı üçün əla özül olacaq”.
