Rövnəq Abdullayev: “PFL-i niyə ləğv edək?”
08.10.2018 , 14:04

AFFA prezidenti Rövnəq Abdullayev Peşəkar Futbol Liqasının ləğv olunacağı ilə bağlı yayılan xəbərə münasibət bildirib.
Futbol11.az xəbər verir ki, qurum rəhbəri yayılan məlumatları təkzib edib: “Peşəkar Futbol Liqasını niyə ləğv etməliyik? Bunu kim deyib? Boş şeydir. PFL-in fəaliyyətindən razıyam”.
