"Lüksemburqu asan komanda saymayın. Heç bir komandaya yuxarıdan-aşağı baxmaq olmaz. Millimiz səfər matçlarında mübarizə aparır. Gənclər çalışırlar, irəliləyiş var. Komanda uduzanda da ona dəstək olmaq lazımdır".
Korner.az-ın məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.
Assosiasiya rəhbəri AFFA-nın hesabat xarakterli Konfransından sonra jurnalistlərin suallarını cavablandırarkən çempionatın limiti ilə bağlı bunları deyib:
"Çempionatla bağlı məsələyə İcraiyyə Komitəsində baxacağıq. Liqalarda limitlə bağlı köklü dəyişikliklər olacaq. Premyer Liqada olan 21 yaşadək məsələni I divizionda da tətbiq etmək istəyirik. Biz qarşıdakı Avropa çempionatlarında millimizin iştirakına çalışmalıyıq. Şanslarımız bərabərdir. Həmin vaxta kimi gəncləri yetişdirməliyik.
