Rövnəq Abdullayev Gəncə və Ağsuya səfər edib
14.10.2023 , 12:57
AFFA-nın prezidenti Rövnəq Abdullayev Gəncə və Ağsuya səfər edib.
Korner.az xəbər verir ki, o, Gəncədə FİFA-nın dəstəyi ilə tikilib tamamlanan akademiyanın vəziyyəti ilə tanış olub.
R.Abdullayev həmçinin Ağsu şəhər stadionuna da baş çəkib. O, stadionun vəziyyəti ilə də tanış olub və təmir tikinti işləri ilə bağlı müəyyən məsləhətlərini verib.
Hər iki görüşdə Gəncə və Ağsunun icra başçıları iştirak edib.