AFFA prezidenti Rövnəq Abdullayev milli komandamızın baş məşqçisi Berti Foqtsun işindən danışıb. Korner.az-ın məlumatına görə, FİFA-nın rəsmi saytına qısa açıqlama verən assosiasiya başçısı 66 yaşlı almaniyalı mütəxəssisin yığmamızda formalaşdırdığı müsbət keyfiyyətlərdən danışıb:
“Berti Foqts Azərbaycan yığmasına nizam-intizam gətirdi. Mən fikirləşirəm ki, o, milli komandamızda tamamilə yeni atmosfer yarada bildi”.