AFFA prezidenti Rövnəq Abdullayev əmr imzalayıb.
Korner.az-ın məlumatına görə, federasiya rəhəbrinin qərarına əsasən, assosiasiyada daim fəaliyyət göstərən Məşqçilər Komitəsi yaradılacaq.
Bununla əlaqədar olaraq baş katibliyə tapşırılıb ki:
1. Məşqçilər Komitəsinin Əsasnaməsi hazırlansın.
2. Məşqçilər Komitəsinin iş prinsipi müəyyənləşdirilsin.
3. Məşqçilər Komitəsinin üzvlüyünə namizədlərin siyahısı hazırlansın.
4. Məşqçilər Komitəsi namizədlərin iştirakı ilə operativ olaraq fəaliyyətə başlasın.
5. Məşqçilər Komitəsinin təsdiqi İcraiyyə Komitəsinin növbəti iclasının gündəliyinə salınsın.
