Bu gün Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, qrupa adlayacaq daha 5 komandanın adına aydınlıq gələcək.
“Styaua” ilə cavab matçını “Mançester Siti” üçün formal hesab etmək olar. Çünki səfərdə 5 cavabsız qolla qalib gələn “şəhərlilər”in ÇL-də yoluna davam edəcəyinə zərrə qədər də şübhə yoxdu.
Həmçinin “Yanq Boyz” üzərində səfər qələbəsi əldə edən Mönhenqladbax “Borussiya”sı da özünü ÇL-in qrupunda hiss edə bilər. Digər 3 cütlükdə isə gərgin oyunlar gözlənilir. Xüsusən də, “Rostov” – “Ayaks” görüşü böyük maraq doğurur.
Bugünkü qarşılaşmalardan sonra iki oyunun nəticəsinə görə qalib gələn komandalar Çempionlar Liqasının qrupuna adlayacaqsa, məğlublar mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcəklər.
Çempionlar Liqası
Pley-off mərhələsi. Cavab oyunları
24 avqust
22:45. APOEL (Kipr) – “Kopenhagen” (Danimarka) – 1:1
İlk oyun – 0:1
22:45. “Zalsburq” (Avstriya) – “Dinamo” (Xorvatiya) 1:1
İlk oyun – 1:1
22:45. “Mançester Siti” (İngiltərə) – “Styaua” (Rumıniya) – 1:0
İlk oyun – 5:0
22:45. “Rostov” (Rusiya) – “Ayaks” (Hollandiya) – 4:1
İlk oyun – 1:1
22:45. “Borussiya” (M. Almaniya) – “Yanq Boyz” (İsveçrə) – 6:1
İlk oyun – 3:1
