“Rostov”un futbolçusu millimizə çağırıldı
13.07.2018 , 13:39

Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının düşərgəsinə daha bir futbolçu dəvət olunub.
Rusiyanın “Rostov” klubunda çıxış edən Elvin Talıbov komandaya qoşulub.
Qeyd edək ki, U-19 yığmamız iyulun 5-dən etibarən Bakıda təlim-məşq toplanışı keçirir. Hazırlıq prosesi iyulun 27-dək davam edəcək.
