Madrid "Real"ının ulduz futbolçusu Kriştiyano Ronaldoya Quran hədiyyə edilib.
Korner.az-ın məlumatına görə, Səudiyə Ərəbistanının aparıcı telekomunikasiya şirkətlərinin birində reklama çəkilən Ronaldoya hədiyyə olaraq Quran kitabı bağışlayıblar. Hədiyyə Ronaldonun çox xoşuna gəlib.
Portuqaliyalı ulduz bu gözəl hədiyyəni evinin ən baxımlı yerinə qoyacağını deyib.
