İspaniya “Kral Kuboku”nda bu gecə “Atletiko”nun qonağı olan “Real”ın futbolçusu Kriştiano Ronaldo xoşagəlməz halla üzləşib.
Korner.az-ın məlumatına görə, portuqaliyalı ulduzun başıqa alışqan vurulub.
Belə ki, matçın fasiləsində paltardəyişə otağına yollanan zaman azarkeşlərdən biri alışqanı Ronaldonun başına çırpıb. Nəticədə bir qədər yerdə qalan futbolçu həkimlərin müdaxiləsindən sonra paltardəyişə otağına yollanıb.
Qeyd edək ki, “Atletiko” – “Real” matçının ilk yarısı qonaqların 2:0 üstünlüyü ilə bitib. Hər iki qola penaltidən Ronaldo imza atıb.
