Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2016-cı ildə beynəlxalq turnirlərdə ən çox qol vuran futbolçu olan Portuqaliya millisinin və “Real”ın hücumçusu Kriştiano Ronaldoya mükafatı təqdim edib.
Bu barədə Madrid klubunun saytı məlumat yayıb.
Qeyd edək ki, Ronaldo 2016-cı ildə beynəlxalq yarışlarda 24 qol (Portuqaliya – 13 qol, “Real” – 11 qol) vurub.
