Portuqaliyalı futbolçu, “Porto”nun şərəfini qoruyan Rikardo Kuaresma həmvətəni Kriştiano Ronaldoya dəstək verib.
Korner.az xəbər verir ki, ulduz futbolçu Ronaldoya həddindən artıq yük bağlandığını və oyunçunun bunu daşımaqda çətinlik çəkdiyini bildirib.
Futbolçu onu da qeyd edib ki, “Ronaldoya belə təzyiq göstərilməsi bir futbolçu üçün dözülməz haldır. Azarkeşlər ona qarşı haqsızlıq edirlər”.