Ronaldosuz “Real”ı sevmirlər?
20.08.2018 , 12:10

İspaniya La Liqasının açılış matçında “Real” “Xetafe” ilə qarşılaşıb. Oyun madridlilərin 2:0 hesablı qəlbəəsi ilə yekunlaşıb.
Lakin matçı son 9 ilə nisbətən elə də çox adam seyr etməyib. Belə ki, “Real”ın oyununu “Santyaqo Bernabeu”da 48466 azarkeş izləyib. Bu, Madrid klubu üçün son 9 ilin ən aşağı göstəricisi olub.
