“Real”ın portuqaliyalı futbolçusu Kriştianu Ronaldo “Qızıl top”a namizəd olmasından danışıb.
Korner.az-ın məlumatına görə, ulduz oyunçu bu mükafata layiq görülüb-görülməməyin onu maraqlandırmadığını deyib.
“Qızıl top”u alıb-almayacağım haqda düşünmürəm. Açığı, hələ bilmirəm ki, mükafatlandırma mərasiminə gedəcəm, ya yox. Bu mükafatı qazanmaq üçün gün saymıram. Düzdü, mükafat hər zaman xoşdu, amma prioritetləri düzgün sıralamağı da bacarmaq lazımdı”, – deyə o bildirib.
