İspaniya Futbol Federasiyası “Real”ın Kriştiano Ronaldonun cəzası ilə bağlı şikayətinə baxıb.
Korner.az-ın məlumatına görə, federasiya “Rayo Valyekano” ilə oyunda cəzalı duruma düşən portuqaliyalı futbolçunun sarı vərəqəsini ləğv edib.
Rəqibi ilə mübarizədə simulyasiyaya yol vermədiyi aşkarlanan Ronaldo sabah La Liqanın 31-ci turunda “Eybar”la keçiriləcək oyunda iştirak edəcək.
