2016-cı ilin “Qızıl top” mükafatının sahibi bəlli olub.
Korner.az-ın məlumatına görə, Madrid “Real”ının və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo dördüncü dəfə dünyanın ən yaxşısı seçilib.
31 yaşlı hücumçu 2008, 2013 və 2014-cü illərdə də “Qızıl top”u qazanmışdı.
O, cari mövsümdə “Real”ın heyətində Çempionlar Liqası və Avropa Superkuboku qazanıb, Portuqaliya yığmasının heyətində Avropa çempionu olub.
