Ronaldonun oğlu ən yaxşı seçildi
09.12.2019 , 15:45

Kriştiano Ronaldonun oğlu mükafatlandırılıb.
Portuqaliyalı hücumçunun Turin təmsilçisinin U-9 komandasında forma geyinən oğlu “Trophee Cavour” turnirinin ən yaxşı hücumçusu seçilib. Ronaldonun oğlu turnirdə 3 qolla yadda qalıb.
“Yuventus”un U-9 komandası “Çieri”dən olan həmyaşıdlarını 3:2 hesabıyla məğlub edərək, turnirin qalibi olub.
