Ronaldonun mövqeyi dəyişmədi
26.07.2018 , 15:51

Ötən günlərdə “Yuventus”a transfer olan Ronaldo, yeni komandasında da hücum edən tərəf olacaq
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri yeni transferləri Kriştiano Ronaldonu hansı mövqedə oynadacağını açıqlayıb. O bildirib ki, Ronaldo yenə hücumda olacaq və əvvəlki kimi qol vuracaq.
Qeyd edək ki, Ronaldo bu ay “Real”dan 112 milyon avroya “Yuventus”a transfer olunub. O, yeni klubu ilə 4 illik müqavilə imzalayıb.
