Ronaldonun komandasının rəhbəri istefa verdi
29.04.2023 , 12:27
Kriştiano Ronaldonu 500 milyon avroya transfer edən “Əl Nəsr” rəhbərliyi Musalli Əl-Muammar komandada gözlənilən nəticəni göstərə bilmədiyinə görə istefaya qərar verib.
Korner.az xəbər verir ki, bu barədə “Saudi Gazette” məlumat yayıb.
Komandanın kubok oyunlarındakı uğursuz çıxışından sonra belə qərar verilib.
Əl-Muammarın artıq istefa məktubunu İdman Nazirliyinə təqdim etdiyi bildirilir.