Portuqaliya yığması Fransada keçirilən Avropa Çempionatının qalibi oldu.
Korner.az-ın məlumatına görə, onlar finalda ev sahibi Fransanı məğlub etməyi bacardı – 1:0
Oyunun ilk hissəsində zədələnərək meydanı tərk edən Ronaldo matç haqda fikirlərini səsləndirib. Ulduz futbolçu qısa olaraq bunları deyib:
“Ederin qol vuracağını hiss etmişdim. Bunu ona da dedim. Heç kim bizə inanmırdı, amma böyük fədakarlıq edərək kuboku aldıq. Buna tamamilə layiq idik.”
