Ronaldonun qalmaqaldan başı açılmır
28.04.2023 , 16:37

Kriştiano Ronaldonun bu ara qalmaqaldan başı açılmır.
Korner.az xəbər verir ki, bu dəfə o klub rəhbərliyi ilə gündəmə gəlib.
Belə ki, İspaniya mətbuatının tirajladığı xəbərə görə “Əl-Nəsr” klubunun prezidenti Əl-Muammar ArabiaNews50-yə açıqlamasında Ronaldo ilə müqavilə bağlamağına peşiman olduğunu və onları aldatdığını bildirib.
Yayılan xəbərlərdən sonra “Əl-Nəsr” klubu açıqlama yayaraq bu xəbərin yalan olduğunu bildirib:
“Yayılan xəbərlər əssassızdır. Prezidentimiz heç bir media qurumuna açıqlama verməyib. Həm də ArabiaNews50 adlı media qurumu da yoxdur”.
