Ronaldonun adı növbəti seks qalmaqalında
08.10.2018 , 12:25

“Yuventus”un hücumşusu Kriştino Ronaldonun adı bu ay növbəti, ikinci dəfə seks qalmalında hallanıb. Bu haqda Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb. Xəbərin müəllifi bu zaman portuqaliyalı futbolçunun təcavüz etdiyi bildirilən Ketrin Mayorqa adlı qadının vəkilinə istinad edib.
Zorlama hadisəsinə görə Ronaldonun adı ilk dəfə məhz bu qadınla gündəmə gəlib. Qəzet yazıb ki, həmin məlumat yayıldıqdan sonra daha bir qadın vəkillə əlaqə saxlayaraq Ronaldo tərəfindən zorlandığını iddia edib. Vəkil başqa məlumat verməyib. Yalnız onu qeyd edib ki, həmin qadın məsələ ilə bağlı bütün məlumatları hüquq-mühafizə orqanlarına verəcəyini söyləyib.
Bundan öncə amerikalı Mayorqa iddia edib ki, 2009-cu ildə Ronaldo onu zorlayıb. Sonradan susması üçünsə ona 400 min dollar verib. Hadisədən 10 il keçdiksən sonra isə o, bu haqda polisə məlumat verməyi qərara alıb.
Ronaldo ünvanına yönələn bu ittihamları təkzib edib.
