“Save The Children” humanitar təşkilatı “Real”ın hücumçusu Kriştiano Ronaldonun Nepalda baş verən zəlzələ qurbanlarına 7 milyon avro bağışlaması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Korner.az-ın məlumatına görə, təşkilat məsələ ilə bağlı bəyanat yayıb.
“Ronaldonun zəlzələ qurbanlarına 7 milyon avroluq yardım etməsi ilə bağlı heç bir sübut yoxdur”. Bununla belə, “Save The Children” təşkilatı Nepalda baş verən zəlzələ qurbanlarına mənəvi dəstək verdikləri üçün Ronaldo və digər tanınmış şəxslərə təşəkkür edib.
