İspaniya La Liqasının 12-ci turu çərçivəsində keçirilən “Eybar – “Real” matçında xoşagəlməz hadisə yaşanıb.
Korner.az-ın məlumatına əsasən, “real”ın futbolçusu Kriştiano Ronaldo “Eybar” azarkeşlərinin təhqirlərinə məruz qalıb.
Rəqib komandanın azarkeşləri ulduz futbolçunu portuqal dilində söyməsi onun təəccübünə səbəb olub və futbolçu əllərini yana açaraq bu hərəkətə etirazını bildirib.
