“Ronaldonu ilk dəfə görəndə, düşündüm ki, “vəhşidir”
22.12.2018 , 09:19

“Yuventus”un futbolçusu Rodriqo Bentankur Kristiano Ronaldo ilə ilk tanışlıqları haqqında danışıb. “Football İtalia”ya danışan uruqvaylı yarımmüdafiəçi ulduz oyunçu ilə ilk dəfə DÇ-2014 zamanı görüşdüyünü deyib.
“Onunla ilk dəfə mundialda Uruqvay-Portuqaliya matçından sonra antidopinq mərkəzində qarşılaşdıq. Məni tanıdı və adımla səsləndi. İnana bilmirdim” – deyə Bentankur bildirib.
Uruqvaylı Ronaldo ilə “Yuventus”un məşqində qarşılaşmasını isə belə izah edib: “İlk dəfə məşqdə görəndə düşündüm ki, “vəhşidi”. Məşqdə 100% gücünü ortaya qoyur”.
Qeyd edək ki, Bentankur 2017-ci ildən “Yuventus”da çıxış edir, Ronaldo isə ötən yay “qoca sinyora”ya qoşulub.
