Sabah DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq Portuqaliya yığması bu gün matçın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunda son məşqinə çıxıb.
Korner.az-ın məlumatına görə, çoxsaylı azarkeş, jurnalistlərində izlədiyi məşqdə cəzalı olduğu üçün sabah meydana çıxmayacaq Kriştianu Ronaldo da, iştirak edib.
Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.
