Ronaldolu “Əl-Nəsr” kubokla vidalaşdı
25.04.2023 , 10:59

Səudiyyə Ərəbistanında futbol üzrə ölkə kubokunun yarımfinal qarşılaşması keçirilib.
Korner.az xəbər verir ki, Kriştiano Ronaldonun formasını geyindiyi “Əl-Nəsr” bu mərhələdə “Əh-Vəhd”lə qarşılaşıb.
Matçda yeganə qolu 23-cü dəqiqədə ər-Riyad təmsilçisinin futbolçusu Jan-David Bugel vurub. Bununla da, Ronaldolu “Əl-Nəsr” ölkə kubokundakı çıxışını dayandırıb.
