Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.
Korner.az-ın məlumatına görə, bu, “Avro-2016″nın seçmə mərhələsində Ermənistana qarşı matçda baş verib. 72-ci dəqiqədə komandanın qələbə qolunun müəllifi olan 29 yaşlı ulduz bu turnirdə vurduğu qolların sayını 23-ə yüksəldib. Bununla da, o, Avropa çempionatında ən çox fərqlənən oyunçu olub.
Qeyd edək ki, daha əvvəl bu rekord danimarkalı hücumçu Yon-Dal Tommason və Türkiyə millisinin sabiq üzvü Hakan Şükürə məxsus idi. Artıq futbolçu karyeralarını başa vuran hər iki oyunçu 22 dəfə fərqlənməyi bacarmışdılar.
