Portuqaliya millisinin və “Real”ın futbolçusu Kriştiano Ronaldo “Qızıl top”u qazanmağından sonra açıqlama verib.
Korner.az-ın məlumatına görə, o, 4-cü dəfə bu mükafata sahib çıxdığı üçün çox sevindiyini deyib:
“Real” və Portuqaliya millisi ilə kuboklar qaldırmasaydım, “Qızıl top”u qazana bilməzdim. Buna görə də əvvəlcə komanda yoldaşlarıma təşəkkür edirəm. Dördüncü dəfə bu mükafata sahib çıxdığım üçün qürur hissi keçirirəm. Bu qədər “Qızıl top”u qazanacağımı düşünməzdim. Çox xoşbəxtəm”.