“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo karyerası ilə bağlı maraqlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, bu xəbəri “Visão” jurnalına yayıb.
Portuqaliyalı futbolçu hazırda Madriddə özünü yaxşı hiss edir, ancaq bir gün Parisə köçə biləcəyini vurğulayıb:
“Madrid mənim daha çox xoşuma gəlir, nəinki Paris, amma, ola bilər ki, bir gün hər şey dəyişsin. Ola bilər ki, Parisdə sevgili tapım və orada daha çox vaxt keçirim.
Ailəm Fransada işləyir, amma mən Parisdə yaşamağı hələ ki planlaşdırmıram. Bu, gözəl şəhərdi, mən orada bir neçə dəfə olmuşam, amma indi bu yer zövqümə görə deyil”.